Kateqoriyalar: BaşKriminalRegion

Ağcabədi rayonunda narkotik maddə satan şəxs tutulub.

aranxeber.com “Report”a istinadən xəbər verir ki, şəhər sakini Quliyev Samir Natiq oğlunun qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması və evində narkotik vasitələr saxlaması barədə polisə məlumat daxil olub. Keçirilmiş əməliyyat zamanı Samir Quliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Sonra S.Quliyevin yaşadığı Həzi Aslanov küçəsində yerləşən mənzilə baxış keçirilib. Yataq otağında yerləşən paltar dolabından 10 ədəd kibrit qutusunda qablaşdırılmış ümumi çəkisi 39,46 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikasının CM-nin 234.2 maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.

Etiketlər: Ağcəbədinarkotik
AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024