Kateqoriyalar: BaşLayihəRegion

Bərdə rayonunda “Ekologiya həftəsi” keçirilib

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti -GIZ-in həyata keçirdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsi çərçivəsində Bərdə rayonunda “Ekologiya həftəsi” keçirilib.

aranxeber.com xəbər verir ki, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) GmbH Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra etdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsi tərəfindən 20-26 noyabr tarixlərində Bərdə rayonunda yerləşən 588 və 866 saylı qəsəbələrdə “Ekologiya həftəsi” çərçivəsində təlimlər, təmizlik və ağacəkmə aksiyası keçirilib.

İlk öncə Ağdam rayon 12 saylı, Ağdam rayon 11 saylı, Ağdam rayon 95 saylı, Ağdam rayon 1 saylı, Ağdam rayon 3 saylı, Kəlbəcər rayon 79 saylı, Kəlbəcər rayon 92 saylı, Laçın rayon 24 saylı, Şuşa şəhəri 18 saylı məcburi köçkün məktəblərində, 588 və 866 saylı qəsəbələrdə “Başqa  dünya yoxdur” adı altında maarifləndirici təlim sessiyaları baş tutmuşdur. Daha sonra hər iki qəsəbənin sakinləri ilə bərabər qəsəbədə təmizlik aksiyası həyata keçirilmişdir. Ümumilikdə 60 hektara yaxın ərazi tullantı materiallardan təmizlənmiş və məhv edilmək üçün aidiyyatı qurumlar tərəfindən təhvil götürülmüşdür.

Maarifləndirmə aksiyasından sonra tullantılardan təmizlənmiş ərazilərdə sakinlərlə birlikdə 200-ə yaxın həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilmişdir.

“Ekologiya həftəsi”ndə layihənin hədəf bölgələrindən olan 150 nəfərə yaxın sakin iştirak edib.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024