Kateqoriyalar: HadisəRegion

Ağstafada 5 aylıq körpə soyuqdəymədən ölüb

Ağstafa rayonunda 5 aylıq körpə soyuqdəymədən ölüb.

aranxeber.com-ın Report.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağstafa rayon sakini Tural Qasımov və Kəmalə Məmmədovanın övladları, 2019-cu il təvəllüdlü Turan Qasımov evdə dünyasını dəyişib.

Qəsəbənin həkim məntəqəsinin müdiri Gülşən Babanlı “Report”a bildirib ki, bununla bağlı onlara və ya Ağstafa rayon təcili tibbi yardım briqadasına məlumat daxil olmayıb: “Biz bu məsələdən daha sonra xəbər tutduq və evə getdik, vəziyyətlə maraqlandıq. Valideynləri körpənin axşam süd əmdiyini, bir az oynadıqdan sonra da yatdığını, ancaq səhər oyandıqda öldüyünü gördüklərini dedilər. Bundan sonra da körpəni dəfn ediblər”.

Onun sözlərinə görə, körpə həkim məntəqəsində yalnız iki aylığında yoxlanışda olub: “Həmin vaxt uşaqda ciddi problem olmasa da, nevropatoloqa göstərilməsini məsləhət görmüşdük. Bundan sonra məntəqəmizə müraciət edilməyib. Valideynləri də övladlarında hansısa xəstəlik əlamətinin müşahidə edildiyi barədə heç bir məlumat verməyiblər”.

Həkim deyib ki, uşağın soyuqdəymədən öldüyü ehtimal edilir: “Evləri soyuq və şəraitsiz idi. Körpəyə də bu səbəbdən soyuq dəydiyi ehtimal olunur. Yəqin ki, valideynləri daxili qızdırmasının olduğunu bilməyiblər. Nəticədə körpə ölüb. Təbii ki, bütün bunlar, sadəcə, ehtimaldır. Çünki körpəni dəfn etdiklərindən heç bir ekspertiza keçirilməyib”.

Qeyd edək ki, Tural Qasımov və Kəmalə Məmmədovanın evi qəsəbənin kənarında yerləşir. Evdə yaşayış üçün şərait, demək olar ki, yoxdur. Hətta otaqların bəzilərinin qapı-pəncərəsi belə yoxdur. Onların əvəzinə, kilim və ya palaz vurulub. Ailənin daha üç övladı (1 qız, 2 oğlan) belə bir şəraitdə yaşayır. Onlardan ikisi məktəblidir, birinin isə 4 yaşı var.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024