Kateqoriyalar: BaşLayihəRegion

Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit” mövzusunda seminar keçirilib

 “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit” mövzusunda seminar keçirilib.   

aranxeber.com  xəbər verir ki, layihənin sosial komponenti çərçivəsində 15 noyabr 2019-cu il tarixində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit” mövzusuna dair maarifləndirmə sessiyası keçirilmişdir.

Tədbirin açılış mərasimində MDU-nun tərbiyə işləri üzrə prorektoru Rövşən Əliyev, 8 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin “Ətraf mühitdən istifadənin tənzimlənməsi və tullantıların idarə edilməsinin təhlili” sektorunun aparıcı məsləhətçisi Günel Əliyeva və “Fizika və Ekologiya” kafedrasının müəllimi Gülmirə Məmmədova çıxış etdilər.

Ekspert Asiman Qocayev iştirakçılara  plastik tullantıların səbəbi olduğu ekoloji problemlər və meşələrin qorunmasının vacibliyini izah etmiş,  mövcud ekoloji problemləri həll etmək üçün iştirakçılara qrup tapşırıqları vermişdir.

Tədbirdə layihənin hədəf bölgələrindən olan 50 tələbə iştirak etmişdir.

Qeyd edək ki, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) GmbH  tərəfindən həyata keçirilən layihənin tərəfdaşı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir.  

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024