Kateqoriyalar: BaşDünyaKriminal

Türkiyə İŞİD üzvü olan 29 Azərbaycan vətəndaşını deportasiya etməyə hazırlaşır

Türkiyədən deportasiya ediləcək əcnəbi İŞİD-çilərin sayı açıqlanıb.  

aranxeber.com “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Türkiyədən çıxarılacaq əcnəbi İŞİD-çilərin sayı 959 nəfər təşkil edir, onların arasında 29 nəfər Azərbaycan vətəndaşı da var.  

Deportasiya ediləcək İŞİD-çilərin arasında Rusiya (99 nəfər), Almaniya (17 nəfər), Ukrayna (4 nəfər), Hollandiya (3 nəfər), Fransa (2 nəfər), Danimarka (2 nəfər), Avstriya (2 nəfər), Kosova (2 nəfər), Bolqarıstan (2 nəfər), Rumıniya (1 nəfər), Albaniya (1 nəfər), Özbəkistan (82 nəfər), Qırğızıstan (23 nəfər), Tacikistan (21 nəfər), Misir (13 nəfər), Əfqanıstan (11 nəfər), Tunis (10 nəfər), Qazaxıstan (10 nəfər), Fələstin (9 nəfər), Mərakeş (8 nəfər), Pakistan (6 nəfər), Türkmənistan (6 nəfər), Nigeriya (3 nəfər), İran (3 nəfər), Somali (3 nəfər), Liviya (2 nəfər), İordaniya (2 nəfər), Əlcəzair (2 nəfər), Səudiyyə Ərəbistanı (2 nəfər), Yəmən (1 nəfər), Böyük Britaniya (1 nəfər), İraq (296 nəfər), Suriya (273 nəfər), ABŞ ( 2 nəfər) və Avstraliya (3 nəfər) vətəndaşları da yer alıb.   

Həmin şəxslərdən 1 nəfərin vətəndaşlığının olmadığı müyyənləşib. 2 nəfərin isə hansı ölkənin vətəndaşı olduğunu müəyyənləşdirmək mümkün olmayıb.  

Onların arasında 147 azyaşlı var. Azyaşlıların valideynlərini Suriyada gedən döyüşlərdə itirdiyi bildirilir.  

Əcnəbi İŞİD-çilərin bu ayın sonuna kimi ölkələrinə göndərilməsi nəzərdə tutulub.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024