Kateqoriyalar: BaşİqtisadiyyatÖlkə

DSMF-nın 2020-ci il üçün büdcəsinin gəlir və xərcləri açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsinin gəlir və xərcləri açıqlanıb.

aranxeber.com “APA”-ya istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verib.

Nazir bildirib ki, “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsində DSMF-nin gələn il üçün gəlir və xərcləri 4 825 508 800 manat səviyyəsində nəzərdə tutulub. Qanun layihəsinə əsasən, 2020-ci ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 3 392 594 770 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 1 238 683 400 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 168 911 370, qeyri-büdcə sektoru üzrə 1 985 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 80 000 000, sair gəlirlər 6 000 000 manat nəzərdə tutulub. Sənəddə gələn il üçün dövlət büdcəsindən ayırmalar, yəni transfertlərin proqnozu 1 426 914 030 manat götürülüb. Fondun 2020-ci il büdcəsinin xərcləri əhaliyə ödənişlər üzrə 4 684 678 800 manat, o cümlədən əmək pensiyalarının ödənilməsi üzrə 4 570 078 800 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə 114 600 000 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 28 000 000, hamiləliyə və doğuşa görə 34 000 000, uşağın anadan olmasına görə 14 900 000 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 14 500 000 manat, dəfn üçün 23 200 000 manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 33 900 000 manat proqnozlaşdırılıb.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024