Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin emalatxanasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
aranxeber.com edu.gov.az-a istinadən bildirir ki, açılış mərasimində Təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, Avropa İttifaqının ( Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və digər qonaqlar iştirak ediblər.
Açılışda iştirak edən nazir müavini İdris İsayev bildirib ki, yenidən qurulan emalatxana hər cür şəraitlə təmin olunub. Nazir müavini bu peşə təhsili mərkəzinin cənub regionu üçün peşəkar bacarıqlara malik kadrların hazırlanmasına və onların əmək bazarlarına çıxış imkanları əldə etmələrinə faydalı olacağını vurğulayıb.
Daha sonra çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas deyib ki, emalatxana Aİ-nin “Regional Model Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təmir olunub. Kestutis Yankauskas deyib ki, layihənin əsas məqsədlərindən biri Azərbaycanda gənclərin işlə təmin olunmasına töhfə verməkdir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov da öz növbəsində qeyd edib ki, emalatxananın yenidən qurulması və istifadəyə verilməsində məqsəd Lənkəran iqtisadi rayonunda Regional Peşə Təhsili və Təlimi (PTT) Mərkəzinin təsis edilməsinə dəstək göstərməkdən ibarətdir.
Hazırda bu peşə təhsili mərkəzində müxtəlif ixtisaslar üzrə təhsil alan 440-a yaxın tələbəyə peşə bacarıqlarını artırmaq imkanları təklif olunur. 2018-ci ildən etibarən mərkəzdə 280-dən çox tələbə 6 yeni ixtisas üzrə praktiki iş vərdişlərinə yiyələnir. Yeni ixtisaslara fermerlik, məhsul yetişdirmə, şərabçılıq, o cümlədən dülgərlik, mebel ustası və üzükçü dizayner peşəsi daxildir.
Tədbirdə bildirilib ki, peşə təhsili mərkəzini bitirən tələbələrin sonrakı məşğulluq imkanlarına dəstək göstərmək məqsədilə bir sıra özəl şirkətlərlə, o cümlədən Günəşli Aqro Park, Cəlilabad Şərab Zavodu-2, Woodpecker və Embawood şirkətləri ilə anlaşma memorandumu imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, layihə Avropa İttifaqının “Azərbaycanda təhsilə dəstək proqramı” çərçivəsində BMTİP tərəfindən icra edilməkdədir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…