Heç sual vermisinizmi ki, nəyə görə sevimli yay ayları hesab olunan iyul və avqust aylarında günlərin sayı bərabərdir? Axı digərləri növbələşmə ilə davam edir. Təkc fevral ayı ümumilikdə 28 gündən ibarətdir.
Biz qədim Romada tərtib olunan Qreqorian təqviminə əsasən yaşayırıq. Yuli Sezarın zamanında cüt aylar 30 gün, tək aylar isə 31 gün hesablanıb. Yuli Sezar öləndən sonra isə romalılar onun şərəfinə yay ayının ilkini İyul adlandırıblar.
31 gündən ibarət olan avqust ayı isə imperator Oktavian Avqusutun şərəfinə həsr olunub. Beləliklə iyul ayından sonra avqust ayı gəlib. Məhz siyasi düşüncəyə əsasən, bu aylar 31 gündən ibarət olub.
Təqvimin tərtib olunması zamanı tənzimləmənin uyğun gəlməsi məqsədi ilə bəzi aylardan tarixlər çıxardılıb. Məsələn, fevral ayı 28 gündən ibarətdir. Yeri gəlmişkən bu işdə də, Yuli Sezarın “əli” olub. Belə ki, illik təqvim Yer planetinin Günəşin ətrafında dövr eləmə müddətinə uyğun gəlməsi üçün uzun il , yəni hər dörd ildən bir günlərinin sayı 366 gün olan il sistemi tətbiq olunub.
Nəyə görə fevral ayı zərər çəkib? İş burasındadır ki, Roma qanunlarına görə, il bizdəki kimi yanvar ayında deyil, mart ayında başlanıb. Buna görə də, fevral ilin son ayı hesab olunub. Elə bu səbəbdən fevral ayı ən qısa ay hesab olunur.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…