Kateqoriyalar: BaşİqtisadiyyatÖlkə

“Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28800 manat minimum pensiya kapitalı olmalıdır”

Bu aydan minimum pensiya məbləği 200 manata çatdırılandan sonra pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı da artıb.

aranxeber.com  Sonxeber.az-a istinadən bildirir ki, tanınmış iqtisadçı Vüqar Bayramov məsələyə münasibət bildirib.

O, vurğulayıb ki, hazırda güzəştli qruplar istisna olunmaqla, pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28800 manat minimum pensiya kapitalı olmalıdır.

“Əgər, vətəndaş 25 il işləməyibsə və 28800 manat kapital yığa bilməyibsə, o zaman pensiya hüququ əldə edə bilmir. Yəni bu halda ona pensiya təyin edilmir. Qeyd edim ki, minimum pensiya kapitalı minimum pensiya məbləğinə uyğun müəyyənləşir.

Minimum pensiya kapitalı = minimum pensiya məbləği X 144 ( 12 il X 12 ay). İndiki haıda minimum pensiya məbləği 200 manat olduğundan 200 manat X 144=28800 manat minimum kapital tələb olunur. Gələcəkdə minimum pensiya artacağı halda minimum pensiya kapitalı da artacaq. Məsələn, əgər minimum pensiya 300 manat olarsa, o zaman minimum pensiya kapitalı 43200 manat olacaq.

Bu o deməkdir ki, minimum pensiya 300 manata çatan zaman 25 il iş strajı olmazsa yalnız 43200 manat və daha çox pensiya kapitalı toplaya bilənlər pensiyaya çıxa biləcəklər. Minimum pensiya kapitalının artması müsbət haldır. Amma bu məbləğ artdıqca gələcəkdə pensiyay çıxmaq hüququ qazananların sayı da azala bilər. Aydındır ki, nə 28800 manatı, nə də gələcəkdə 43200 manatı toplamaq heç də asan olmayacaq. Azərbaycanda pensiya islahatı gələcəkdə büdcədən vəsait ayırmadan sadəcə yığımlar hesabına pensiya verilməsini nəzərdə uzun müddət gizli iqtisadiyyatın və eləcə də qeyri-rəsmi məşğulluq səviyyəsinin yüksək olduğunu nəzərə alsaq büdcənin töhvəsini aradan qaldırmaq doğru deyil. tutur. Bu baxımdan bu mexanizminin dəyişdirilməsinə ehtiyac var.

Buna görə də, təklif edirik ki, dövlət pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini üzərinə götürsün. Yəni, əgər vətəndaş 17280 manat pensiya kapitalına malikdirsə, o zaman dövlət büdcəsindən onun hesabına 11600 manat ödənilsin və həmin şəxs pensiya hüququ əldə etsin. Əks halda yaxın gələcəkdə pensiya çıxmaqda çətinliklərin olması qaçılmazdır”.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024