Ender Eroğlu və ya daha çox Norm Ender adı ilə tanınan məhşur türk repçi bu dəfə son mahnısı olan və “Məkanın Sahibi” adı ilə rep dünyasında möhtəşəm bir əks-səda yaradan mahnısı ilə pərəstişkarlarını məyus etdi.
Belə ki, rep yayılandan az sonra bu repin oğurluq olduğu iddiaları ortaya çıxdı.
Lakin Norum Ender bu iddiaları rədd edərək digər repçilər Ezhel, Ben Feronu özlərini Amerikanlı repçilərə bənzətməkdə günahlandırdı.
aranxeber.com xəbər verir ki, bu məsələ ilə bağlı “Oya Çinar”a danışan Norum Ender bildirmişdir ki, bu repçilərin hər birinin bir rep keçmişi var. Amma onlar o qədər Amerkan sayağı oxuyurlar ki, bu gün yaratdıqları musiqinin replə, rep mədəniyyəti ilə bir əlaqəsi olmadığını bilmirlər.
Bütün bunlara baxmayaraq günlərdir iddialı sözləri və mahnısı ilə gündəmdən düşməyən Norm Enderin “Mekanın Sahibi” mahnısı 10 yanvar 2019-da Young Slatt & B Stakk Feat Peewee Longway tərəfindən çıxarılan “Work My Move” adlı mahnısının musiqisi ilə “eynidir” deyiləcək qədər oxşar olduğu ortaya çıxdı.
Qeyd edək ki, Norm Ender “Mekanın Sahibi” adı verdiyi rep mahnısını ilk dəfə 19 iyulda yayımlamışdır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…