Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti–GIZ-in həyata keçirdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsi Bərdə, Ağdam və Mingəçevirdə Beynəlxalq Qızlar Gününü qeyd edib.
aranxeber.com xəbər verir ki, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra etdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsi tərəfindən 11-13 oktyabr tarixlərdə Bərdə, Ağdam və Mingəçevir şəhərlərində Beynəlxalq Qızlar Gününə həsr edilmiş tədbirlər keçirilib.
Silsilə tədbirlərin rəsmi açılışı oktyabrın 11-də Mingəçevir Gənclər Evinin dəstəyi ilə baş tutub. Oktyabrın 12-də Mingəçevir Dövlət Dram Teatrında və Ağdam rayon Heydər Əliyev Mərkəzində, oktyabrın 13-də isə layihənin Bərdə rayonda yerləşən regional ofisində bir sıra tədbirlərlə davam edib.
Tədbirlər zamanı gender bərabərliyi mövzularına dair bir sira təlim sessiyaları, “Equals” təşəbbüsü və İsveçrə Əməkdaşlıq Ofisinin layihəsi olan “Cəsur qızlar üçün hekayələr” kitabının təqdimat mərasimi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş “Katveli Kraliça” (2016) bədii filminin nümayişi təşkil edilib. Tədbirlərdə layihənin hədəf bölgələrindən olan 183 uşaq və gənclər iştirak edib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…