Kateqoriyalar: Ölkə

Jurnalistin ölkədən çıxışına qoyulan qadağanı aradan qaldırmayıb.

Baş Prokurorluq tənqidçi jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulan qadağanı aradan qaldırmayıb. 

aranxeber.com Toplum.TV-yə istinadən xəbər verir ki, Qurum bu günlərdə jurnalistin vəkillərinin müvafiq müraciətinə cavab verib. Cavab Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədovun adından göndərilib:
“Namazov Şahvələd Abutalıb oğlunun ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi ilə bağlı Baş Prokurorluğa ünvanladığınız təkrar müraciətiniz Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ibtidai istintaqı aparılan 142006023 nömrəli cinayət işinin materiallarına əlavə edilib. Nəticəsi barədə sizə əlavə məlumat veriləcək”.
Ş.Çobanoğlu son 4-5 ildə “Azadlıq” qəzeti, həbsdəki jurnalist Əfqan Muxtarlı və başqa işlərlə bağlı Baş Prokurorluqda bir neçə dəfə şahid qismində dindirilib. Onun ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən qadağa qoyub. Bunu qanunsuz hesab edən jurnalist və onun vəkilləri bir neçə dəfə prokurorluğa müraciət edib, ölkədən çıxışına qoyulan qadağanın qaldırılmasını istəmişdilər. Ancaq həmin müraciətlərə də müsbət cavab ala bilməmişdilər.
2013-cü ildən Azərbaycanda 10-dan çox jurnalistin ölkədən çıxışına qadağa qoyulub. Bu ilin mayında ölkədən çıxışına qadağa qoyulan jurnalistlərdən bəzilərinə qoyulan məhdudiyyət götürülüb.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024