Kateqoriyalar: BaşRegion

İmişlidə çağırışçı gənclər hərbi xidmətə yola salınıb

Bu gün İmişlidə çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə rayondakı Bayraq Meydanında mərasim keçirilib.

aranxeber.com xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon şöbəsinin rəisi Qulu Əsədov çıxış edərək çağırışçı gənclərə Vətən keşiyində ayıq-sayıq durmağı, onu göz bəbəyi kimi qorumağı tövsiyə edib. Sonra söz İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevə verilib. O çıxışında qeyd edib ki, gənclər Azərbaycan Ordusunda xidmət etməyi özlərinə şərəf bilir və böyük həvəslə hərbi xidmətə yola düşürlər. V. Hacıyev çağrışçı gənclərə uğurlu yol arzulayıb.

Yeniyetmələri təbrik edən valideynlər bildiriblər ki, Azərbaycanın müdafiə qüdrətinin artması dövlət siyasətində prortet məsələdir. Onlar gənclərə hərbin sirlərinə dərindən yiyələnməyi, zabit və komandirlərin əmrlərinə əməl etməyi tövsiyə ediblər.

Sonda gənclər musiqi sədaları altında təyin olunduqları hərbi hissələrə yola düşüblər. 

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024