Kateqoriyalar: MədəniyyətÖlkəRegion

Cəlilabadda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə keçirilən “Sülh aylığı” çərçivəsində sentyabrın 24-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində “Dayanıqlı sülh insan hüquqlarının səmərəli təminatı kimi” mövzusunda tədbir keçirilib.

aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Cəlilabad Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Ofelya Qəhrəmanova, rayonun Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Cəlilabad Rayon Təhsil Şöbəsinin əməkdaşı Atamalı Əliyev və Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə Nümayəndəsi Elnur Atakişiyev mövzuyla bağlı çıxış ediblər.

Çıxış edənlər 1981-ci ildən BMT-nin qərarına əsasən, 21 sentyabr tarixinin bütün dünya ölkələrində Beynəlxalq Sülh Günü kimi qeyd olunmasını qeyd edərək, bu günün keçirilməsinin mahiyyəti, sülh dialoqu, sülh mədəniyyəti, münaqişələrin həllinə və sülh prosesinə dəstək verilməsi, dövlətimizin sülhsevər siyasəti barədə danışıblar.

Bildirilib ki, 1994-cü ildə ulu ondər Heydər Əliyev tərəfindən atəşkəs sazişinin imzalanması, əzəli torpaqlarımızın məhz sülh yolu ilə qaytarılmasına səy göstərilib.

Prezident İlham Əliyevin bu məsələ ilə bağlı yürütdüyü siyasətə, atəşkəs rejiminə baxmayaraq, erməni hərbi birləşmələri mütəmadi olaraq bu sazişin şərtlərini pozaraq kütləvi yanğınlar törətməklə, sərhədyanı kəndlərə müxtəlif silahlardan atəş açaraq mülki əhaliyə ziyan vururlar.

Qeyd olunub ki, erməni hərbçilərinin dinc əhalini girov götürməsi insanların həyatına təhlükə yaradır, onların yaşamaq, sərbəst hərəkət etmək və digər hüquqlarını pozur.

Bütün bunların nəticəsi olaraq mülki əhalinin, uşaqların, qadınların, ahılların, əlillərin hərbi münaqişələr zamanı insan hüquqlarının qorunmasına aid beynəlxalq sənədlərin müddəaları ciddi şəkildə pozulur.

Diqqətə çatdırılıb ki, bu kimi halların davam etməsi, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişənin həll edilməsi ilə bağlı qəbul etdiyi Qətnamələrin icra olunmaması, işğal altında olan torpaqlarımızda mövcud mədəni irsimizin mənimsənilməsi, nadir tarixi abidələrimizin amansızcasına dağıdılması dünyada sülhün bərqərar olmasına mənfi təsir göstərir.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024