Kateqoriyalar: İnkişafRegion

Ailə-fermer təsərrüfatının rəhbəri: Keyfiyyətinə görə yerli düyüyə tələbat çoxdur

Ağsu rayonunun Ərəbmehdibəy ərazi dairəsində Hacağa Hüseynova məxsus ailə-fermer təsərrüfatında çəltik biçininə başlanılıb.

aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, çəltikçilik rayonda qeyri-ənənəvi sahədir. Aqrar sektorda aparılan islahatlar, sahibkarlar üçün yaradılan əlverişli şərait nəticəsində digər fermerlər kimi, H.Hüseynovun da çəltikçiliyə marağı artıb. Bazarlarda yerli düyüyə tələbatın çox olması da onu bu sahəyə cəlb edən amillərdən biridir. H.Hüseynov bölgədə ötən il ilk dəfə olaraq 20 hektarda çəltik əkib yetişdirməyə nail olub. Birinci ildə sahələrdən 40 ton yüksək keyfiyyətli düyü götürüb.

Ailə-fermer təsərrüfatı cari ildə də 20 hektarda çəltik yetişdirib və artıq 5 hektarında biçin aparılıb. H.Hüseynov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, biçilən beş hektardan 16,5 ton məhsul istehsal edilib. Bu il 60 ton düyü götürəcəklərinə əminliyini bildirən təsərrüfat sahibi deyib: “Məhsulun satışında heç bir çətinliyimiz yoxdur. Keyfiyyətinə görə yerli düyüyə tələbat çoxdur. Çəltikçilik çətin, lakin gəlirli sahədir. Gələn il əkin sahəsini artırmağı qərara almışıq”.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024