Bir neçə gündür Masallının çəltik sahələrində məhsul yığımına başlanılıb.
aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, bu il rayonda 217 hektarda çəltik əkilib. İndiyədək 84 hektar sahədən 298 ton çəltik yığılıb. Hər hektardan götürülən məhsuldarlıq 35,5 sentner təşkil edir.
Bu il daha çox rayonun Boradigah qəsəbəsində, Xıl, Şıxlar və Yeddioymaq kəndlərində çəltik əkilib.
Çəltik sahələrindən yığılan məhsullar “Masallı nemətləri” MMC-nin çəltik zavodunda emal edilir.
Ötən il Masallıda 301 hektar çəltik sahəsindən 1010 ton məhsul yığılıb. Hər hektardan götürülən məhsuldarlıq 33,5 sentner təşkil edib.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…