Kateqoriyalar: İnkişafRegion

Sabirabadda heyvandarlıq məhsulları istehsalı artıb

Kənd təsərrüfatı rayonu olan Sabirabadda heyvandarlıq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda bu sahəni müasir texnologiyalar əsasında inkişaf etdirmək məqsədilə son illər bir sıra mühüm tədbirlər həyata keçirilib, iri heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılıb. Görülən işlər nəticəsində rayonda iribuynuzulu mal-qaranın baş sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 575 baş artaraq 122 min 22 baş, qoyun- keçilərin sayı isə 2 min 334 baş artaraq 230 min 842 baş olub. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib.

aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, cari ilin ötən səkkiz ayı ərzində rayonda ət istehsalı 12 min 2 ton (diri çəkidə), süd istehsalı 78 min 625 ton, yun istehsalı 570 ton, yumurta istehsalı isə 44 milyon 515 min ədəd olub ki, bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 416, süddən 124, yundan 22 ton, yumurtadan isə 7 milyon 853 min ədəd çoxdur.

Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilir. Daha məhsuldar olan cins mal-qaranın yetişdirilməsi məqsədilə rayonda 17 süni mayalanma məntəqəsi yaradılıb. Süni mayalanmada holsteyn-şviss, şviss, şarole, simmental cinsi və Azərbaycanın yerli camış törədicilərindən istifadə olunaraq, 2019-cu ilin ötən ayları ərzində iribuynuzlu mal-qaradan süni mayalama yolu ilə 4 min 174 baş cins tərkibi yaxşılaşdırılmış bala alınıb.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024