Kateqoriyalar: İnkişafRegion

AKİA sədri: Aqrar sahədə müasir texnikalardan istifadə gəlirlərin və peşəkar işçilərin sayının artmasına səbəb olar

Kənd Təsərrüfatı Nazirliyi fermerlərin kənd təsərrüfatı məhsulları istehsalında müasir texnika və texnologiyalardan istifadəsini artırmaq məqsədilə ixtisaslaşmış texnikalarla tanışlıq tədbirlərinə start verib. Aqrar Kredit və İnkişaf Agentliyinin İsmayıllı rayonunda keçirdiyi “Kartof festivalı” bu strateji əhəmiyyətli məhsulun yığımında əl əməyini azaldan və fermer işini yüngülləşdirən texnikaların nümayişinə həsr olunub. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev də iştirak ediblər.

aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, “Prior Leasing”, “Claas” və “Grimme” şirkətlərinin sponsorluğu ilə keçirilən tədbirdə fermerlərə dəvət olunmuş xarici mütəxəssislər kartof istehsalında ən müasir modelləri təqdim edən brendlərin texnikalarının xüsusiyyətləri barədə məlumat veriblər.

İsmayıllı fermerləri ilə yanaşı, sponsorların dəstəyi ilə tədbirə gəlmiş Tovuz, Qazax, Gədəbəy, Masallı, Cəlilabad fermerləri də “Grimme KS” kəsim aparatı, “Grimme GF 400” cərgə açan frez, “Grimme GL 430” kartofəkən, “Grimme SE 260” kartofyığan texnikalarının, eləcə də kartof sortlaşdırma avadanlıqlarının fəaliyyətini əyani şəkildə izləmək imkanı qazanıb və “CLAAS AXION 820” modeli ilə tanış olublar.

“Məqsədimiz kənd təsərrüfatında fermerlərin ağır əl əməyinin müasir innovativ texnika və avadanlıqlarla əvəz edilməsidir. Kənd təsərrüfatı texnikalarının fermerlərə güzəştli şərtlərlə – 40 faiz subsidiya ilə təqdim edilməsinin, eləcə də texnika bazarının liberallaşdırılmasının, yəni fermerə istədiyi təchizatçıdan texnika seçmək azadlığı verilməsinin əsas səbəblərindən biri də məhz budur. Müasir texnikalardan istifadə aqrar sahədə məhsuldarlığın artmasına, daha peşəkar və bacarıqlı işçilərin çoxalmasına və buna mütənasib olaraq, gəlirlərin də yüksəlməsinə səbəb olar”, – deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib.

Qeyd edək ki, ixtisaslaşmış kənd təsərrüfatı texnikaları ilə tanışlıq tədbirləri digər rayonlarda da davam etdiriləcək.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024