Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu daha bir toxum mağazasını fermerlərə təqdim edib. “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mağaza Zaqatalada açılıb.
aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, “Dövlət – Özəl Tərəfdaşlıq” prinsipi əsasında fəaliyyətə əsaslanaraq toxumçu fermerlərin yetişdirdikləri toxumlar zavodda emal edildikdən sonra mağazada satışa çıxarılacaq.
Eyni zamanda, burada Azərbaycanda və xaricdə istehsal edilmiş toxumlar və aqrotexniki qulluq vasitələri də təklif edilir. Bununla yanaşı, fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış təlimatlar və aqrotexniki qulluğa dair məlumatlar da təqdim olunacaq.
Taxıl toxumundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istehsal etdiyi tərəvəz toxumları da mağazada fermerlərə təqdim edilir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…