Salyanda kütləvi üzüm yığımına başlanılıb. Bu il təsərrüfat işləri üçün əlverişli keçdiyindən və bağlarda nümunəvi becərilmə işləri aparıldığından üzümlüklərdə bol məhsul yetişib.
aranxeber.com Azərtaca istinadən xəbər verir ki, hazırda rayonda həyətyanı sahələrlə birgə 1102,5 hektar üzüm bağı mövcuddur. Bunun da 933,9 hektarı barverəndir. Ötən il bağlardan 4743,3 ton məhsul toplanıb.
Bu il də plantasiyalarda məhsul çoxdur. Bağbanlar ilk olaraq daha tez yetişən süfrə üzümünün yığımını aparırlar. Qısa müddətdə sahələrdən 80 tondan çox üzüm yığılıb. Toplanmış məhsul yerli bazarlarla yanaşı, xarici bazarlara da göndərilir. Təsərrüfat sahiblərinin dediyinə görə, bu il məhsul ötən ildəkindən 20-25 faiz çox olacaq.
Qeyd edək ki, salyanlı bağbanlar bu gəlirli sahəni daha da inkişaf etdirmək üçün yerli sortlarla yanaşı, xarici ölkələrdən də məhsuldar tinglər gətirib əkirlər. Rayonda Fransadan gətirilmiş tinglər hesabına yeni üzüm bağları da salınır. Gətirilən üzüm sortlarından “Prima”, “Dallas”, “Ora” və “Kardinal” yerli iqlim şəraitinə yaxşı uyğunlaşır və yüksək məhsul verir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…