İmişlidə ümumtəhsil məktəblərini bitirən məzunlardan 10 nəfəri 600-dən çox bal toplayaraq respublikanın müxtəlif ali məktəblərinə qəbul olub.
aranxeber.com Azərtaca istinadən xəbər verir ki, 2018-2019-cu tədris ilində rayonda fəaliyyət göstərən 57 tam orta məktəbi 887 şagird bitirib. Onlardan 342 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında sualları düzgün cavablandıraraq tələbə adını qazanıb. Ali məktəblərə qəbul olanlardan 10 nəfəri 600-dən çox bal toplayıb.
Rayon üzrə ən yüksək nəticəni isə İmişli şəhər 1 nömrəli məktəb-liseyin məzunu Turqut Ağaşov toplayıb. O, 690 bal ilə Bakı Ali Neft Məktəbinə qəbul olub. Turqut, həmçinin fənn olimpiadasının Respublika mərhələsində III yer tutaraq bürünc, tam orta məktəbi yüksək qiymətlərlə başa vurduğuna görə isə qızıl medal qazanıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…