Göyçay rayonunda zəncirvarı yol qəzası baş verib. Hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun şəhərdən keçən 215-ci kilometr hissəsində, Natəvan küçəsində qeydə alınıb.
aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, qəza toy karvanı ilə qarşıdan gələn avtomobilin toqquşması nəticəsində yaranıb. Belə ki, Bakı istiqamətində hərəkət edən VAZ markalı minik maşını qarşı tərəfdən gələn digər minik maşını ilə toqquşub. Qəza nəticəsində minik maşınında olan hər iki sürücü və digər maşında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar – 1989-cu il təvəllüdlü Qəzənfər Ələsgər oğlu İbrahimov, 1960-cı il təvəllüdlü Bikas Fərman oğlu Həsrətov, 1967-ci il təvəllüdlü Rafiq Bəylər oğlu Zeynalov, 1977-ci il təvəllüdlü Etibar Firudin oğlu Əsgərov, 1962-ci il təvəllüdlü Rafael Yusif oğlu Əhmədov dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılar Göyçay sakinləridir.
Faktla bağlı araşdırma aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…