Kateqoriyalar: ÖlkəRegion

Ağdamda şəhid Nadir Şükürovun xatirəsi anılıb

Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Nadir Şükürovun xatirəsi anılıb.

aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, şəhid Nadir Şükürovun ailə üzvlərinin, döyüş yoldaşlarının, mədəniyyət işçilərinin və məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, Zəngişalı kənd mədəniyyət evinin müdiri Fikrət Əliyev, şəhidin qardaşı Xudad Şükürov, bacısı Sevil Qarayeva və döyüş yoldaşları çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Şükürov Nadir Bəbir oğlu 1968-ci il aprelin 7-də Ağdam rayonunun Zəngişalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1986-1988-ci illərdə keçmiş sovet ordusunda xidmət edib. Ermənistanın respublikamıza hərbi təcavüzü başlayanda Nadir Şükürov da silaha sarılaraq Vətənimizin müdafiəsinə qalxıb. Ağdam, Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 1992-ci il avqustun 15-də Ağdam rayonunun Qalayçılar kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Zəngişalı kənd qəbiristanlığında dəfn edilib.

Mərasim iştirakçıları sonra Nadir Şükürov haqqında hazırlanmış video-slaydı izləyib, şəhidin Döyüş Şöhrəti Muzeyində saxlanılan foto və əşyalarına baxıblar. Məktəblilər kompozisiya göstərib, şəhidlərə həsr edilən şeirlər söyləyiblər.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024