Avqustun 16-da Astara Rayon İcra Hakimiyyətində Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmələr arasında keçirilən boks üzrə Avropa birinciliyinin qalibi olmuş rayonun Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbinin VII sinif şagirdi Məhəmmədəli Qasımzadə ilə görüş keçirilib.
aranxeber.com Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan millisinin tərkibində çıxış edən Məhəmmədəli Qasımzadə 35 ölkə idmançılarının iştirakı ilə yeniyetmələr arasında keçirilən boks üzrə Avropa birinciliyində 43 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gərgin idman mübarizəsi şəraitində keçən bu mötəbər beynəlxalq turnirdə əzmkarlıq göstərərək qalib gələn Məhəmmədəli Qasımzadənin şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, üçrəngli bayrağı ucaldılıb.
Görüşdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yeniyetmə boksçunu və onun məşqçisi Nurlan Məmmədovu qazanılan böyük uğur münasibətilə təbrik edərək onlara yeni-yeni qələbə sevincləri arzulayıb.
Azərbaycanda, o cümlədən Astarada idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışan Q.Ağayev idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurları bu qayğının məntiqi nəticəsi kimi dəyərləndirib.
Sonda Avropa çempionu Məhəmmədəli Qasımzadəyə və onun məşqçisi Nurlan Məmmədova rayon icra hakimiyyətinin fəxri-fərmanı və pul mükafatı təqdim olunub.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…