Kateqoriyalar: Region

Bərdədə “Əl-ələ daha güclü” layihəsi başlayıb.

Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsinin ilk təlimi baş tutub. Təlimdə Bərdə və Bərdənin kəndlərindən ümumilikdə 15 nəfər qadın iştirak edib.
Təlimçi Sərdar Zeynalov Aktiv Vətəndaşlıq mövzusunda iştirakçıları məlumatlandırıb və qrup işləri edərək, iştirakçıların mövzunu praktik cəhətdən öyrənməsini təmin edib.
Layihə rəhbərinin aranxeber.com-a verdiyi məlumata görə, ümumilikdə layihə çərçivəsində 6 mövzu üzrə təlimlər keçiriləcək və yekunda iştirakçılar irəli sürdükləri layihə ideyalarını reallaşdırma imkanı əldə edəcəklər. Bu ilin oktyabrında başa çatması planlaşdırılan layihənin yekununda iştirakçılar sertifikatlandırılacaq. Əhatə olunan mövzular – Aktiv Vətəndaşlıq, Emosional Zəka, Liderlik, Gender bərabərliyi, Qadınlar və İKT bacarıqları, və Layihənin yazılması və idarə olunması – peşəkar təlimçilər tərəfindən keçiriləcək.
3 ay davam edəcək layihədə əsas məqsəd, gender stereotiplərini aradan qaldırmaqla qadın hüquqlarını müdafiə etmək, gənc qadınların özlərinə inam hissini formalaşdırmaqla onların liderlik bacarıqlarını ortaya çıxarmaq və inkişaf etdirmək, eyni zamanda, qərarvermə prosesində qadın iştirakçılığına nail olmaq üçün iştirakçıları motivasiya etməkdir.
Qeyd edək ki, layihə Avropa Birliyinin maliyyə dəstəyi ilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətinin Təsisi Proqramı çərçivəsində həyata keçirilir.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024