İmişlidə təsərrüfatın digər sahələri ilə yanaşı, qoyunçuluğun inkişafına da xüsusi diqqət yetirilir. Qoyunun əti, yunu və süd məhsulları bazarlarda yüksək qiymətə satıldığından rayonda təsərrüfatın bu sahəsinə maraq artır, sürülərdə qoyun-quzunun baş sayı çoxalır.
aranxeber.com Azərtac-a istinadən xəbər verir ki , hazırda rayonun qoyunçuluq təsərrüfatlarında 253 min 595 baş qoyun bəslənilir. Bu da ötən ildəkindən 579 baş çoxdur. Artıq qoyunçuluq təsərrüfatlarında yaz yun qırxımı başa çatıb. Fermerlər bəslədikləri qoyunlardan ümumilikdə 327,6 ton yun qırxıblar. Hər qoyundan 1,8 kiloqram yun əldə edilib. Ötən il isə bu rəqəm 1,7 kiloqram olub.
Ayrı-ayrı fərdi təsərrüfatlarda isə yun istehsalı daha yüksəkdir. Rayonun Cavadxanlı kənd sakini, fermer Əliqismət Fətullayev yun istehsalında daha yüksək nəticə əldə edib. O bəslədiyi 6763 baş qoyunun hər birindən 2 kiloqram yun götürüb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…