İyunun 1-i Bərdə şəhərində Alman Beynəlxalq Əməkdaşlığı Cəmiyyətinin (GIZ) ofisində “Art Makers” adlı sosial biznes layihəsi çərçivəsində Bərdə və ətraf rayonlarda yaşayan evdar qadınların əl işi məhsullarının sərgisi keçirilib. Sərgidə dövlət qurumları və bir neçə özəl təşkilat nümayəndələri ilə yanaşı, yerli əhali də iştirak edib.
7 qadının əl işi məhsullarının göstərildiyi sərgidə satış da olub. aranxeber.com xəbər verir ki, Açılış mərasimində çıxış edən layihə rəhbəri Ülviyyə Babayeva, “Art Makers” layihəsi haqqında qonaqlara məlumat verərərək, sözügedən layihənin region üçün əhəmiyyətindən bəhs edib: “Bu biznesin əsas məqsədi bijuteriya məhsulları hazırlama bacarıqları olan, Bərdə və ətraf rayonlarda yaşayan qadınların əl işlərinin www.jwlry.az saytı vasitəsilə satılması və maddi gəliri aşağı olan qadınlara dəstək olunmasıdır”.
Qeyd edək ki, “Art Makers” layihəsi Amerika Səfirliyinin dəstəyi ilə Education Hub təşkilatı tərəfindən keçirilən SEL layihəsi çərçivəsində maliyyələşdirilir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…