Respublikanın bütün bölgələrində olduğu kimi, Tovuz rayonunda da sosial və mədəni obyektlərin tikintisi, yeni-yeni istehsal müəssisələrinin yaradılması və infrastrukturun müasirləşdirilməsi işləri davam etdirilir.
aranxeber.com-ın Azərtaca istinadən verdiyi məlumata görə , hazırda Tovuz şəhərində Tarix Diyarşünaslıq Muzeyi və Bayraq Muzeyinin tikintisi tamamlanmaq üzrədir.
Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi başa çatıb. 624 şagird yerlik Alakol kənd tam orta məktəbinin və “ASAN xidmət” mərkəzinin tikintisi davam etdirilir.
Həmçinin bu ilin ilk rübündə dəyəri 794 min manat, ümumi sahəsi 3540 kvadratmetr olan 32 fərdi yaşayış evləri tikilib istifadəyə verilib. Hazırda Mənzil Fondunun əsaslı təmiri işləri xətti ilə Tovuz şəhərinin Sabir küçəsində yerləşən çoxmənzilli yaşayış binasında təmir işləri aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…