Kateqoriyalar: MədəniyyətRegion

Sumqayıtda incəsənət festivalı təşkil edilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Bülbül adına uşaq incəsənət məktəbində “Sumqayıt-70” adlı incəsənət festivalı keçirilib.

aranxeber.com azərtaca istinadən, xəbər verir ki, festivalda məktəbin uşaq xalq çalğı alətləri orkestrinin ifasında S.Rüstəmovun “Sumqayıt”, E.Sabitoğlunun “Azərbaycan” mahnıları səslənib. Bununla yanaşı, Respublika müsabiqəsinin qalibi olmuş məktəbin məzunu Nərmin Mirzəyevanın ifasında “Heyratı” zərb muğamı, VIII və IX Respublika müsabiqəsinin qalibi olmuş məktəbin uşaq xor kollektivi, “Nağaraçılar ansamblı”, “Ümid” rəqs qrupunun çıxışları da alqışlarla qarşılanıb.

O cümlədən, məktəbin skripka üzrə VI sinif şagirdi Elcan Manaflının ifasında Ü.Hacıbəylinin “Sevgili canan”, fleyta ixtisası üzrə I sinif şagirdi Sevil Seyidovanın ifasında S.Rüstəmovun “Alagöz”, klarnet ixtisası üzrə III sinif şagirdi A.Əliyevin ifasında Montinin “Çardaş”, saz üzrə II sinif şagirdi Cavad Kərimovun ıfasında “Ruhani” saz havası, vokal üzrə V sinif şagirdi Mədinə Baloğlanzadənin ifasında F.Əmirovun “Sevil” operasından ”Dilbərin ariyası”, tar ixtisası üzrə V sinif şagirdi Orxan Həsənxanovun ifasında H.Vəkilovun “Şıdırığı” əsərləri maraqla dinlənilib.

Festival çərçivəsində məktəbin rəsm şöbəsinin şagirdlərinin Sumqayıtın 70 illiyinə həsr olunmuş əl işləri sərgisinə baxış olub.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024