İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah karyerasını İtaliya “Yuventus”unda davam etdirə bilər.
aranxeber.com-ın İnteraza əsasən verdiyi məlumata görə, misirli yarımmüdafiəçinin transferi 200 milyon avro qiymətləndirilir. Turin komandasının lideri Kriştiano Ronaldo isə onunla müqavilə bağlanılması cəhdini müsbət qarşılayıb.
Salahın argentinalı Paulo Dibalanı əvəzləyə biləcəyi vurğulanır. Daha əvvəl Dibala ilə baş məşqçi Massimiliano Alleqri arasında münaqişənin baş verdiyinə dair xəbərlər yayılıb.
Qeyd edək ki, bu mövsüm Məhəmməd Salah Premyer Liqadakı 26 qarşılaşmada 17 qol və 7 məhsuldar ötürmə müəllifi olub. O, “Mançester Siti”nin futbolçusu Serxio Aqüero ilə birgə bombardirlər siyahısına başçılıq edir. “Yuventus” isə A Seriyasında liderdir və ən yaxın izləyicisi “Napoli”ni 11 xal üstələyir.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…