“İnformal və qeyri-formal üsullarla əldə edilən səriştələrin tanınması üçün normativ hüquqi aktın qəbul olunması ilə bağlı layihə hazırlanıb. Bu, Nazirlər Kabinetinin qərar layihəsi olacaq”.
aranxeber.com-ın İnteraza əsasən verdiyi məlumata görə, layihənin razılaşdırılması üçün aidiyyatı orqanlara təqdim olunacağını qeyd edən nazir müavini bildirib ki, bəzi insanlar müəyyən bilik və bacarıqlara malikdirlər: “Onlar bunu müxtəlif vasitələrlə alıblar – kiminsə yanında öyrəniblər və yaxud hanısa kurslarda iştirak ediblər”.
O vurğulayıb ki, həmin şəxslərin bilik və bacarıqları dövlət nümunəli təhsil sənədi ilə təsdiq olunmur: “Onlar da əmək bazarına çıxmaqda çətinlik çəkirlər. Bu gün qeyri-rəsmi işləyənlərin müəyyən bir qismi həmin şəxslərdir. İstərdik ki, onlar əmək bazarına asan daxil ola bilsinlər və təminatlarından istifadə etsinlər. Bunun üçün də onların bilik və bacarıqlarını həmin qaydalara uyğun olaraq müəyyən məhələlərdən keçirərək tanıyacağıq. Bu dünya ölkələrinin hər birində var. Bu 4 pilləli sistemi ölkəmizdə tətbiq edərək həmin şəxslərin bilik və bacarıqlarını tanınması ilə bağlı sənəd verəcəyik”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…