Kateqoriyalar: İdmanKriminal

Azərbaycanda çempionu bıçaqladılar- VİDEO

Kempo üzrə Avroasiya çempionu, kikboksinq üzrə respublika çempionu Ceyhun Niyazov bıçaqlanıb.
1994-cü il təvəllüdlü idmançı yaşadığı Ağcabədi rayonunda Cəlil Əsədov tərəfindən hücuma məruz qalıb və ağır yaralanıb. Məlumata görə, hadisə C.Əsədovun idmançının işlətdiyi kafeyə hücum etməsindən sonra baş verib.
AZXEBER.COM xəbər verir ki, xəbəri idmançı BakuPost.az-a təsdiqləyib. Bildirib ki, həmin şəxs kafeyə daxil olaraq, səs-küy salmağa başlayıb. Onu sakitləşdirmək istədikdə isə hadisə baş verib: “Mənə 7 bıçaq zərbəsi vurdu. Yaxşı ki, vaxtında xəstəxanaya çatdırılmışam. Ağrılarım çox olsa da, indi vəziyyətim normal qiymətləndirilir”.
İdmançının sözlərinə görə, hadisə dekabrın 27-də baş verib. O, xəstəxanadan evə dünən buraxılıb, amma müalicəsi davam etdirilir.
Hadisəni törədən şəxs hələ saxlanılmayıb. Onun narkotik asılılığından əziyyət çəkdiyi bildirilir.
Məsələ ilə bağlı Ağcadəbi rayon Polis Şöbəsiondən münasibət öyrənmək mümkün olmayıb.
aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024