Aprelin 27-də futbol üzrə Azərbaycan çempionatının I dəstəsində növbəti-25-ci turun oyunları keçirilib. İmişlinin “Mil-Muğan” komandası səfərdə Bakının MOİK klubu ilə qarşılaşıb. “Bakı” FK-nın stadionunda baş tutan oyun hərbçilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyun haqqında “aranxeber.com”-a məlumat verən komandanın məşqçisi Laçın Mustafayev qarşılaşmanın birinci yarısının bərabərsəviyyəli keçdiyini bildirib: “Oyunu müdafiədən quran komandamızın bu taktikası hissənin sonlarına qədər uğurlu alındı. Lakin 43-cü dəqiqədə meydan sahiblərinin növbəti hücumu qolla nəticələndi. Bəhruz Teymurov topu dəqiq zərbə ilə komandamızın qapısından keçirdi.”
İkinci hissədə “Mil-Muğan”ın hesabı bərabərləşdirmək üçün daha çox hücumlara meylləndiyini deyən məşqçi komandanın 66-cı dəqiqədə qapısında növbəti qol gördüyünü qeyd edib. Bu dəfə Kamil Nurəhmədov fərqlənib: 2:0.
“İkinci hissənin sonlarına yaxın baş məşqçımız Xalıq Mustafayev əvəzetmələr zamanı gənclərə şans verdi. Onların meydanda olması da komandanı böyükhesablı məğlubiyyətdən xilas etmədi. 87-ci dəqiqədə Bəhruz Teymurov daha bir dəqiq zərbə ilə həm dublunu, həm də MOİK-in 3:0 hesablı qələbəsini rəsmiləşdirdi”- məşqçisi deyib.
Hazırda “Mil-Muğan” 25 turdan sonra 27 xal toplayaraq turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…