“Xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı bu günə qədər Təhsil Nazirliyinə edilən müraciətlərdən 15 mindən çoxuna müsbət cavab verilib, diplomların 3 mindən çoxu isə tanınmayıb”.
aranxeber.com-ın APA-a istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyi xaricdə təhsil alan şəxslərin diplomlarının tanınmamasının əsas səbəblərini də açıqlayıb.
Nazirlikdən bildirilib ki, ali təhsil ixtisaslarının tanınması Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun həyata keçirilir: “Tanınmaya bu qaydalar çərçivəsində baxıldığı üçün təqdim olunan təhsil sənədləri həmin qaydalardan irəli gələn tələblər çərçivəsində olmadıqda onların tanınmasından imtina olunur. Aparılan təhlillər göstərir ki, məzunların ali təhsil ixtisaslarının tanınmasından imtina olunmasının əsas səbəbi onların ali təhsil müəssisəsinin tələb etdiyi tədris normativinə düzgün əməl etməmələri və tədris dili üzrə bilik səviyyələrinin olduqca aşağı olmasıdır”.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…