Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
aranxeber.com-ın APA-a istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq Heydər Əliyev parkının daş hasarına çırpılıb.
Hadisə zamanı avtomobildə olan iki nəfər Göyçay sakini, 1989-cu il təvəllüdlü Zeynalov Fərid İlham oğlu və həmyaşıdı Soltanov Rasim Nəsiman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…