Kateqoriyalar: BaşRegion

Təhsil Nazirliyi 9-cu siniflər üçün sınaq imtahanı keçirib

Aprelin 14-də Təhsil Nazirliyi ümumi təhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada sınaq test imtahanı keçirib.

İmişli rayonu üzrə sınaq imtahanı 60 ümumi təhsil məktəbini əhatə etməklə 20 məktəb-mərkəzdə keçirilib. Yoxlama imtahanı buraxılış imtahanının ikinci mərhələsinə hazırlıq məqsədilə keçirilib.

Bu barədə aranxeber.com-a Təhsil Nazirliyinin İmişli rayonu üzrə meneceri, imtahanın rəhbəri Mərdan Əlizadə məlumat verib. O, bildirib ki, birinci mərhələ imtahanından fərqli olaraq bu dəfə suallar qapalı tipli olub: “Məlumdur ki, birinci mərhələyə qədər də bir neçə dəfə sınaq imtahanları oldu. Onlar da açıq tipli suallardan ibarət idi. Bildiyiniz kimi, həmin imtahanda şagirdlər Azərbaycan dili fənni üzrə iki mətn əsasında 20, riyaziyyat fənni üzrə 10 olmaqlacəmi 30 sualı cabablandırdılarBu dəfə isə imtahan sualları həmin fənlər üzrə 60 qapalı tipli suallardan ibarət idi. Yəni, şagirdlər hər bir fənn üzrə 30 sualı cavablandırdılar. Onlara 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilmişdi”.

O, imtahan verməli olan 1255 nəfər şagirddən 1112 nəfərin sınaqda iştirak etdiyini bildirdi. İmtahan rəhbəri nəticələrin bir həftə ərzində açıqlanacağını qeyd etdi.

[Best_Wordpress_Gallery id=”115″ gal_title=”Təhsil Nazirliyi 9-cu siniflər üçün sınaq imtahanı keçirib”]

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024