Kateqoriyalar: Ölkə

Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçiriləcək

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının görüşü keçirilib.

aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli və Müşahidə Şurasının üzvü olan sığorta şirkətləri və təkrarsığorta şirkətinin rəhbər şəxsləri iştirak edib.

Görüş zamanı M. Abbasbəyli ASA-nın 2018-ci ilin 1-ci rübü üzrə fəaliyyəti barədə qısa məlumat verib və daha sonra ASA-ya üzvlük üçün müraciət edən sığorta brokinqi fəaliyyəti ilə məşğul olan şirkətlərin – “Caspian İnternational Broukinq” və “AS Prof” MMC-nin üzvlüyü məsələsi müzakirə edilərək səsvermə nəticəsində üzvlüyə qəbul olunub.

Görüşdə Azərbaycan Sığortaçılar Forumu və Maliyyə sərgisinin keçirilməsi ilə bağlı məsələ geniş müzakirələrə səbəb olub. M. Abbasbəyli Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə maliyyə sərgisinin keçirilməsi niyyətində olduğunu bəyan edib. Bu sərgidə məqsəd maliyyə sektorunun bütün iştirakçılarının – bank, sığorta və investisiya şirkətlərinin, həmçinin, maliyyə sahəsində fəaliyyət göstərən xarici şirkətlərin bir araya gətirilməsi, burada təmsil olunması və müasir informasiya-kommunikasiya texnologiyalarının maliyyə sektorunda tətbiqinin təşviq edilməsindən ibarət olduğunu bildirib. M. Abbasbəyli qeyd edib ki, Maliyyə sərgisi keçirilən günlərdə Azərbaycan Sığortaçılar Forumunun da keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası Birliyin nəzarət orqanıdır. “A-Group Sığorta” ASC, “Azsığorta” ASC, “Atəşgah Sığorta” ASC, “AXA MBASK Sığorta” ASC, Azərbaycan Dövlət Sığorta Şirkəti, “AzRe Təkrarsığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasına daxil olan sığorta və təkrarsığorta şirkətləridir.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024