Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, Ə. Qarayev Özbəkistan və Azərbaycan arasında mədəniyyət və turizm əlaqələrinin inkişaf etdirilməsi, turistlərin cəlb olunması istiqamətində qarşılıqlı əməkdaşlığın sürətləndirilməsi üçün görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. Sarvar Otomuradov Özbəkistanın turizm bazarı üçün Azərbaycanın prioritet istiqamətlərdən biri olduğunu və bu məqsədlə qarşılıqlı turist mübadiləsinin xüsusi əhəmiyyətini qeyd edib.
Nazir ölkəmizin müxtəlif turizm imkanlarının, o cümlədən sağlamlıq turizmi, qış turizmi və s. turizm sahələrinin özbək turistlərini Qalaaltı, Naftalan, Duzdağ, Şahdağ və s. istiqamətlərinə cəlb edə biləcəyini bildirib. Qeyd edib ki, bu məqsədlə hər iki ölkəyə info-turların təşkili turistlərin cəlb olunması, turizm potensialının təbliği istiqamətində effektiv ola bilər.
Görüşdə Özbəkistan və Azərbaycan arasında birbaşa uçuşların mövcudluğunu nəzərə alaraq, birgə turist paketlərinin hazırlanması, çarter reyslərin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı təkliflər səsləndirilib. Qonaq Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi ilə hüquqi baza əsasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…