Almaniya federal kansleri Angela Merkel Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə dair sübutların yetərli olduğunu bildirib.
aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, A. Merkel bunu Berlində Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Orada doğrudan da kimyəvi silahın tətbiqinə dair sübutlar çox-çox aydındır. Bunu bir daha yoxlamaq olar, lakin bu, bizim qiymətləndirməmizi dəyişməyəcək. Biz dünən açıq bəyan etdik ki, kimyəvi silah tətbiqini qətiyyətlə qınayırıq. Mən deməliyəm ki, bu qədər beynəlxalq diskussiyadan sonra yenə də kimyəvi silahdan istifadə olunması dəhşət doğurur. Biz bu barədə açıq dillə danışmalıyıq”.
Qeyd edək ki, aprelin 7-də Suriyanın Şərqi Quta bölgəsində yerləşən Duma şəhərində kimyəvi silahın tətbiqi nəticəsində çoxlu sayda insanın öldüyü barədə xəbərlər yayılıb. Lakin Suriya və Rusiya hökumətləri bu xəbərləri yalan adlandırır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…