Azərbaycan və Kamboca Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə,, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Kamboca tərəfdən isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Ouç Boritin rəhbərlik edib.
X. Xələfov Kamboca nümayəndə heyətini salamlayaraq bu səfərin Azərbaycan və Kamboca arasında siyasi dialoqun möhkəmlənməsi və işgüzar əlaqələrin genişlənməsi üçün faydalı olacağına, iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələr üzrə gələcək inkişafı üçün mühüm zəmin yaradacağına ümidvar olduğunu söyləyib. O, ölkələr arasında siyasi, iqtisadi, humanitar, kənd-təsərrüfatı, tibb, enerji və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edərək, əlaqələrin müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Nazir müavini qonağa Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri layihələri haqqında məlumat verərək Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının Cənub və Cənub-Şərqi Asiya ölkələrinin Avropa bazarlarına çıxması üçün əlverişli imkanlar yaratdığını nəzərə çatdırıb.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışan, ölkə ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu deyən X. Xələfov münaqişənin regionda sülhə, sabitliyə və hərtərəfli inkişafa başlıca təhdid olaraq qalmaqda davam etdiyini bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə Kamboca tərəfinə təşəkkürünü ifadə edib.
O. Borit isə Kambocanın Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. O, ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin tərəfdarı olduğunu bildirib və münaqişənin sülh yolu ilə həllini dəstəklədiklərini deyib.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün hökumətlərarası birgə komissiyanın yaradılması və siyasi məsləhətləşmələrin davamlı əsasda aparılması məsələləri müzakirə olunub.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…