Zərdabda 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Zərdab-Mollakənd yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.
Şahin Şirvan oğlu Cəfərovun idarə etdiyi “FORD” markalı maşınla İbrahim Rafiq oğlu İsayevin idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və “Mercedes” markalı avtomobilin sərnişinləri – Vahid Əlağa oğlu Həsənov və onun həyat yoldaşı xəsarət alıblar.
Ş. Cəfərovun xəsarətləri ağır olduğundan o, müalicə məqsədi ilə paytaxta aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…