Kateqoriyalar: BaşRegion

“Ölkəmizi tanıyaq” tur-aksiyası başa çatıb

İmişli rayonunun ümumtəhsil məktəblərindən seçilmiş 40 şagird martın 26-29 tarixlərində  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində ölkənin şimal-qərb bölgəsində səfərdə olub.

Maarifləndirici tur-aksiyanın əsas məqsədi şagirdləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, yeniləşən siması, eləcə də, özünəməxsus xüsusiyyətləri ilə tanış etməkdir. Bundan başqa, hər il təşkil olunan səfər gənclərin istirahət etməklə yanaşı, həm də respublikanın ayrı-ayrı bölgələri haqqında onlarda olan məlumatların dolğun, əyani şəkildə formalaşdırılması məqsədini də daşıyır.

Bu barədə məlumatı aranxeber.com-a İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Vilayət Əliyev verib. Onun sözlərinə görə, “Ramada Plaza” otelində məskunlaşan şagirdlər əvvəlcə Gəncə şəhərinin tarixi və görməli yerlərində olublar. Bundan sonra tur-aksiyanın iştirakçıları Göygöl rayonuna səfər ediblər. Onlar bu rayonun tarixi və mədəni irsi və quruculuq işləri ilə də yaxından tanış olublar. Daha sonra isə iştirakçılar Azərbaycan təbiətinin əsrarəngiz, füsunkar gözəlliyinin tacı olan Göygölə gediblər.

Bundan başqa, rayonu təmsil edən iştirakçılardan ibarət komanda tur-aksiyada iştirak edən rayonların komandaları ilə birlikdə bilik yarışında iştirak ediblər.

[Best_Wordpress_Gallery id=”100″ gal_title=”“Ölkəmizi tanıyaq” tur-aksiyası başa çatıb”]

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024