Martın 30-da günorta saatlarından ölkə ərazisində başlayan və yağışla müşayiət olunan güclü külək İmişli rayonu ərazisində ziyansız ötüşməyib. aranxeber.com xəbər verir ki, xüsusən, dünən axşam saatlarına yaxın daha da güclənən külək çoxillik ağacları kökündən qoparıb. Rayon İcra Hakimiyyətinin qarşısındakı işıq dirəyini isə sındırıb.
Bundan başqa, fərdi təsərrüfatlara, xüsusi tikililərə də ziyan dəyib. Belə ki, bir çox həyətin taxtadan ibarət çəpərlərini külək aşırıb və ya yararsız hala salıb. Gecə saatlarında isə rayonun bir sıra məntəqəsinə xətlərdə olan qəza səbəbindən elektrik enerjisinin verilməsi dayandırılıb. Martın 31-də səhər saatlarından etibarən elektrik enerjisinin verilməsi bərpa olunub.
Hazırda rayon ərazisində əsən küləyin sürəti ötən günə və gecəyə nisbətən xeyli aşağı düşüb.
[Best_Wordpress_Gallery id=”102″ gal_title=”Külək İmişliyə ziyan vurdu”]
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…