Kateqoriyalar: HadisəRegion

Saatlıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub

Saatlı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.

Otən gün axşam saatlarında Saatlı rayonunun Qaralar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hacıqabul rayonu Pirsaat kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunun idarə etdiyi “Shacman” markalı yük avtomobili təkərinin partlaması nəticəsində yoldan çıxaraq su kollektoruna aşıb. Yük avtomobili eyni anda hərəkətdə olan İmişli sakini, 1987-ci il təvəllüdlü Allahverənov Əli Təşkilat oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin üstündən keçərək kanala yuvarlanıb.

Nəticədə “Mercedes”-in sürücüsü və sərnişini, İmişli sakini 1988-ci il təvəllüdlü İsgəndərov Peyman Qərib oğlu hadisə yerində ölüblər. “Mercedes”-də olan digər sərnişin İmişli rayonu Yalavac kənd sakini, 1979-cu il təvəllüdlü Rəfiyev Rəşad Çingiz oğlu Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində su kollektoruna aşan “Shacman” markalı yük avtomobilinin kabinəsində sıxılmış vəziyyətdə qalan sürücü 3 qaldırıcı kranın və FHN Sabirabad yanğından mühafizə xidmətinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq Saatlı rayon xəstəxanasına çatdırılıb. Xilasetmə əməliyyatı təxminin 3 saata yaxın davam edib.

Yük avtomobilinin sürücüsünə Saatlı xəstəxanasında ilkin yardım göstərildikdən sonra hər iki ayağının açıq qəlpəli sınığı diaqnozu ilə Bakı şəhəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yola salınıb.

Faktla bağlı BDYP tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

***

21:20

Bu axşam Saatlı rayonu ərazisində baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti müəyyənləşib.

Bu İmişli rayon sakinləri Allahverənov Əli Təşkilat oğlu və İsgəndərov Peymandı.

Hadisə yerinə cəlb olunmuş FNN-nin xilasediciləri “Shaqman” markalı yük maşınında sıxılmış vəziyyətdə qalmış sürücü, Hacıqabul rayonu Pirsaat kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunu avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

M.Rəsulov və qəza nəticəsində yaralanan digər şəxs, “Mercedes” markalı avtomobildə olan İmişli rayonu Yalavac kənd sakini, 1979-cu il təvəllüdlü Rəfiyev Rəşad Çingiz oğlu Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma davam etdirilir.

***

20:50

Saatlı rayonunda baş verən yol qəzasında 2 nəfər ölüb, daha 2-si yaralanıb.

Rayonun Qaralar kəndində “Shaqman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yük maşını kanala aşıb.

Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib. Faktla bağlı araşdırma davam etdirilir.

***

18:52

Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb. “Shaqman” markalı yük avtomobili “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. Mənbə APA

[Best_Wordpress_Gallery id=”79″ gal_title=”Saatlıda 2 nəfərin ölümü ilə”]

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024