Martın 15-də Biləsuvar rayonunda yerləşən Cəbrayıl rayonu Mehdili kənd tam orta məktəbində “Mənim Azərbaycanım” mövzusunda intellektual yarış keçirilib. Yarış Biləsuvar, İmişli və Cəbrayıl rayonlarının məktəblilərindən ibarət komandalar arasında təşkil olunub. İntellektual tədbir yaxın rayonların təhsil şöbələri arasında işgüzar əlaqələrin qurulması üçün Təhsil Nazirliyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə” sərəncamına uyğun olaraq keçirilib.
Bu barədə “aranxeber.com”-a yarışın təşkil edilməsinə dəstək olan Ziyalı Gənclər Maarifçi Klubunun rəhbəri Ziya Rzayev məlumat verib.
İştirakçı komandalara 24 sual verilib. Bu tapşırıqlar da, əsasən Azərbaycan tarixi ilə bağlı olub. İmişli komandası suallardan 22-nə düzgün cavab verərək yarışın qalibiadını qazanıb.
Qalib gələn İmişli komandası kubok və diplomla, Biləsuvar və Cəbrayıl məktəblərini təmsil edən komandalar isə diplomlarla təltif ediliblər.
[Best_Wordpress_Gallery id=”70″ gal_title=”Biləsuvarda qonşu rayonların gənc intellektləri yarışdı”]
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…