Kateqoriyalar: Region

İmişli “Şahin”ləri rayon turniri keçirib

Martın 9-da şəhər 2 saylı tam orta məktəbdə şagirdlər arasında “Şahin” hərbi idman oyununun rayon mərhələsi keçirilib. Yarışda rayonun ümumi təhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan komandalar iştirak ediblər.

Bu barədə məlumatı “aranxeber.com”-a İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Vilayət Əliyev verib. Onun sözlərinə görə, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını artırmaqdır. Bundan başqa, məktəbliləri hərbi idman oyunlarına cəlb edərək, bu tipli yarışlara marağı daha da artırmaq və onları indidən ordu sıralarına hazırlamaqdır.

Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canını fəda edən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Komandalar yarışın nizamnaməsinə uyğun olaraq idmanın məktəblilər üçün nəzərdə tutulan növlərində güclərini sınayıblar.

Yarışın yekun nəticəsinə görə, Bəcirəvan kənd tam orta məktəbin komandası birinci, şəhər 6 saylı tam orta məktəbin komandası ikinci, 5 saylı məktəb-liseyin komandası isə üçüncü yeri tutublar.

Qalib komanda “Şahin” hərbi-idman oyunlarının zona birinciliyinin final
mərhələsində İmişli rayonunu təmsil edəcək.

[Best_Wordpress_Gallery id=”64″ gal_title=”İmişli “Şahin”ləri rayon turniri keçirib”]

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024