Kateqoriyalar: Dünya

Türkiyə prezidenti: “Afrində 3089 terrorçu zərərsizləşdirilib”

Yanvarın 20-dən indiyə qədər Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 3089 terrorçu zərərsizləşdirilib.

aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, Afrin bölgəsində 800 kv.km ərazi terrorçulardan təmizlənib: “Türkiyə “Fərat qalxanı” əməliyyatı nəticəsində 2 min kv.km ərazini terrorçulardan təmizləyib. “Zeytun budağı” əməliyyatı nəticəsində də 2 min kv.km olan Afrin bölgəsi PYD/YPG terrorçularından təmizlənəcək”.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD//YPG-dən təmizləmək üçün “Zeytun budağı” əməliyyatına başlayıb.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024