Kateqoriyalar: Region

İmişli rayonunda iki yem emalı müəssisəsi istifadəyə verilib

Bu gün ABŞ və Azərbaycan hökumətlərinin, habelə yerli sakinlərin birgə səyləri nəticəsində İmişli rayonunun Nurulu və Şahverdili kəndlərində yeni yem və toxum təmizləmə məntəqələrinin açılışı olub.

ABŞ-ın Azərbaycandakı səfirliyindən aranxeber.com-a verilən məlumata görə, bu məntəqələr yerli fermerlərə özlərinin mal-qara və quş təsərrüfatları üçün münasib qiymətə yem əldə etməyə imkan yaradacaq. Baxmayaraq ki, bir çox kənd sakinləri öz torpaqlarında yonca və arpa əkirlər, həmin məntəqələr qurulmamışdan öncə toxumları təmizləmək üçün rayon mərkəzinə uzun məsafə gət etməli olurdular. İndi isə yerli sakinlər məhsullarını məhz öz icmalarında yemə çevirə biləcəklər.

Bu yeni məntəqələr həmin icmaların maldarlıq, quşçuluq və kənd təsərrüfatı ilə məşğul olan 600-ə yaxın ailənin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək. Həmin məntəqələri tikmək ideyası icmaların özlərindən gəlib: onlar yerli liderlərdən ibarət şura quraraq bu layihələri işləyib hazırlayıblar. Bu layihələr Amerika xalqı adından fəaliyyət göstərən USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

ABŞ və Azərbaycan 101 müxtəlif icmada 116 icma layihəsi, onlardan 62-si məhz Aran zonasında həyata keçirib. Bu layihələrdən 189,000-ə yaxın insan faydalana bilir. Bu lahiyələr Amerika xalqı adından göstərilən yardım sayəsində həyata keçirilib və EWMI tərəfindən icra olunub. EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

aranxeber.com

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…

13 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024