Bərdə rayonunda “Dayanıqlı inkişaf üçün bacarıqlı bizneslər” layihəsi davam edir

Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri, xüsusilə vergi hesabatlarında çətinliklərlə üzləşirlər. Bu, maliyyə idarəçiliyi və vergi məsələləri baxımından ciddi problemlərə yol açır, hansı ki, maliyyə cərimələri kimi əlavə ödənişlər yaranır. “Sözügedən layihənin icrası ilə, biz bu kimi problemləri həll etmək üçün, layihə çərçivəsində Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən Məhdud Məsuliyyətli Cəmiyyətlərə (MMC) və sahibkarlıq subyektlərinə, peşəkar ekspertlərin dəstəyi ilə maliyyə savadlılığı üzrə təlimlər və vörkşoplar keçiririk; eyni zamanda, iştirakçıları həvəsləndirmək məqsədilə regiondakı uğurlu biznes qurumlarına səfərlər təşkil edilir”. Layihə rəhbərinin sözlərinə görə, növbəti mərhələdə, MMC-lər və yeni biznesə başlamaqda maraqlı olanlar üçün mentorluq dəstəyi göstəriləcək

Layihənin icrası zamanı bir çox dövlət və özəl qurumlarla – Azərbaycan Respublikası Mərkəzi Bankı, AccessBank, EducationHub, KOBİM və başqaları ilə əməkdaşlıq edilir.

Qeyd edək ki, layihə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi tərəfindən dəstəklənir.

AranXəbər

Son Xəbərlər

Sabirabadda“Məlumatlısan – demək silahlanmısan!” layihəsi uğurla davam edir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihəsi “Məlumatlısan – demək silahlanmısan”…

18 Kasım 2024

Səhəri zəhərlə açanlar…

Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…

29 Temmuz 2024

Quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir

“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”.  Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…

23 Temmuz 2024

Küdrünün məhv olmuş təbiəti

Azərbaycanın düzən  ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…

22 Temmuz 2024

“Ağ qızıl”, yoxsa “ağ ölüm”?(III HİSSƏ)-Video

Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…

22 Temmuz 2024

Pambıq Aran bölgəsinə nə verdi? (II HİSSƏ)-Video

Çar Rusiyası Azərbaycanda pambıqçılığa niyə önəm verib? Altı, üstü sərvətlərlə zəngin olan Azərbaycan torpağında pambığın nə vaxtdan yetişdirilməyi ilə bağlı…

22 Temmuz 2024