İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobilinin yoldan çıxması nəticəsində 3 nəfər xəsarət alıb.
AranXəbər xəbər verir ki, yol qəzası rayonun Murğuzallı kəndi ərazisində qeydə alınıb. Abdullayev Mirmansur Mirhəmzə oğlu “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxıb. Hadisə zamanı sürücü ilə bərabər iki nəfər sərnişin – Musalı Uğur Dilavər oğlu və İsalı Mirsadiq Mirpərviz oğlu xəsarət alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlara zəruri tibbi yardım göstərilib. Xəstəxanadan bildirilib ki, hər üç şəxsin səhhəti normaldır. Xəsarət alanlardan iki nəfəri məzundur. Faktla bağlı araşdırma aparılır.
Layihə rəhbəri, Ülviyyə Babayevanın Aran xəbərə verdiyi məlumata görə, maliyyə savadlılığı zəif və ya heç olmayan MMC-lər və sahibkarlıq subyektləri,…
Atmosferin çirklənməsi insan sağlamlığına çox güclü təsir göstərən amillərdən başlıcasıdır. Çirkli hava bəşəriyyət üçün ən təhlükəli hədədir. Hər nəfəsdə udduğumuz…
“2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir”. Bunu “Azərcosmos”un mütəxəssisi Murad Camalov “İqlim dəyişikliyi və kosmos” adlı…
Azərbaycanın düzən ərazilərinin böyük bir hissəsini əhatə edən Mil və Muğan düzləri Mərkəzi Aran zonasında yerləşir. Mil düzü Kür və…
Sovet hakimiyyəti qurulandan sonra da Azərbaycanda pambıq əkininə önəm verilib. Amma bu dövrdə tətbiq edilən yeni iqtisadi münasibətlər tədricən kəndliləri…